Rusiyadan GÜC NÜMAYİŞİ – İlin sonunda silahlanmaya daxil ediləcək
Bizi izləyin

MDB

Rusiyadan GÜC NÜMAYİŞİ – İlin sonunda silahlanmaya daxil ediləcək

Rusiyada “S-400” hava hücumundan müdafiə sistemi üçün böyük hərəkət radiuslu zenit raketinin dövlət sınaqları başa çatdırılıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda hərbi sənaye kompleksindəki mənbə bildirib.

“Kapustin Rar poliqonunda “S-400” sisteminin 40N6E uzaqvuran raketinin dövlət sınaqları başa çatdırılıb”, - mənbə deyib.

Qeyd edilir ki, sınaqlar müvəffəqiyyətli olub.

Mənbənin sözlərinə görə, raket ilin sonuna kimi silahlanmaya qəbul edilə bilər. “Almaz-Antey” konserni raketinin istehsalçısıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm