Poroşenkodan Kremli qəzəbləndirəcək BƏYANAT: 2025-ci ilə qədər…
Bizi izləyin

MDB

Poroşenkodan Kremli qəzəbləndirəcək BƏYANAT: 2025-ci ilə qədər…

Ukrayna 2025-ci ilə qədər Avropa İttifaqının üzvü olmağa çalışır.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Belqradda Serbiya prezidenti Aleksandr Vuçiçlə mətbuat konfransının gedişatında Ukraynanın prezidenti Pyotr Poroşenko bildirib.

“Bizim ümumi məqsədimiz 2025-ci ilə qədər Avropa İttifaqına girməkdir. İstəyirəm ki, Serbiya bu yolda bütün maneələrin öhdəsindən gəlsin”, - Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, Poroşenko daha əvvəl 2030-cu ilə qədər Avropa İttifaqı və NATO-nun üzvü olmaq arzusunu ifadə edib.

Ukrayna prezidenti bu günlərdə bildirib ki, ölkənin inkişafının Avropa və avroatlantik kursu haqqında Konstitusiyaya dəyişikliklərini yaxın vaxtlarda Ali Radanın müzakirəsinə daxil edəcək.

“Yaxın vaxtlarda Konstitusiyaya dəyişikliklər üzrə layihəni Ali Radanın müzakirəsinə təqdim edəcəm. Dəyişikliklər bir-biri ilə sıx bağlı olan iki strateji hədəfimizi möhkəmləndirəcək. Bunlar Ukraynanın Avropa İttifaqı və NATO-ya girişidir”, - Poroşenko vurğulayıb.

Prezident əminliyini ifadə edib ki, parlamentdə bu dəyişikliklərin səsverməsi üçün 300 səs toplamaq imkanı var.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm