“Biabırçılıq idi” – Amerika telekanalı Trampı top ATƏŞİNƏ TUTDU
Bizi izləyin

MDB

“Biabırçılıq idi” – Amerika telekanalı Trampı top ATƏŞİNƏ TUTDU

ABŞ-ın CNN telekanalı ölkə prezidenti Donald Trampın Helsinkidəki çıxışını biabırçı adlandırıb.

Publika.az xəbər verir ki, televiziya aparıcısının fikrincə, bu, onun həyatında gördüyü ən pis çıxış idi.

Bildirilir ki, ABŞ-dakı seçkiləri Rusiyanın müdaxiləsi haqqında Trampın mövqeyi proqramın iştirakçılarını qəzəbləndirib. Trampın sözlərinə görə, Putin Moskvanın seçkilərə müdaxilə etmədiyi barədə onu inandırıb.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentiləri – Vladimir Putin və Donald Tramp arasında görüş bu gün Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm