Moskvadan “Krım bəyannaməsi”nə REAKSİYA: “Şəxsən Obama...”
Bizi izləyin

MDB

Moskvadan “Krım bəyannaməsi”nə REAKSİYA: “Şəxsən Obama...”

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamenti tərəfindən dərc edilmiş “Krım bəyannaməsi”ni şərh edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Zaxarova sənədi ABŞ prezidenti Donald Trampın qarşı çıxdığı İran nüvə proqramı üzrə saziş və Paris İqlim Razılaşması ilə müqayisə etdi.

“Axı, İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planı və Paris İqlim Razılaşması yaxın vaxtlarda ABŞ-ın rəsmi siyasəti idi. Şəxsən Obama (ABŞ-ın sabiq prezidenti Barak Obama –red.) belə qərar vermişdi. Və sonra Tramp başqa qərar verdi. Biz bu “taleyüklü bəyannamələr”in qiymətini bilirik”, - diplomat Feysbuksəhifəsində yazıb.

Qeyd edək ki,Dövlət Departamenti Krım yarımadasının Rusiya tərəfindən qanunsuz ilhaqına dair ABŞ-ın rəsmi mövqeyini müəyyən edən sənədi elan edib.

Dövlət katibi Mayk Pompeo tərəfindən imzalanmış sənəddə vurğulanır ki, Krımın 2014-cü ildə Rusiya tərəfindən qanunsuz birləşməsinin həyata keçirilməsi dövlət sərhədlərinin zorakılıqla dəyişdirilməsini istisna edən beynəlxalq hüququn prinsiplərini pozur.

Sənəddə bildirilir ki, ABŞ tərəfdaşları və müttəfiqləri, beynəlxalq ictimaiyyətlə birlikdə Krımın ilhaq olunmasını qəbul etmir. Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyü tam bərpa olunana qədər bu siyasəti davam etdirəcəyini vəd verib .

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm