Sanksiyalara qarşı yumor: Putinin Ərdoğanla zarafatı NƏTİCƏ VERDİ
Bizi izləyin

MDB

Sanksiyalara qarşı yumor: Putinin Ərdoğanla zarafatı NƏTİCƏ VERDİ

Rusiya Türkiyəyə mal ətinin birinci partiyasını göndərib.

Publika.az Rusiya KIV-inə istinadən xəbər verir ki, bu haqda Tver vilayətinə səfəri zamanı ölkənin baş nazirinin müavini Aleksey Qordeyev bildirib.

“Türkiyə ət məhsulunun istehlakı üzrə xüsusi bazardır. Ümid edirik ki, bizim üçün Çin bazarı da açılacaq. Bunun üçün perspektivlər var”, - baş nazirin müavini deyib.

Türkiyəyə ətin çatdırılması CAR-da Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən bir gün sonra başlayıb. Görüş zamanı Putin Ərdoğanla zarafatlaşıb. Putin Rusiya ətinin Türkiyəyə çatdırılması başlananda Ərdoğanın restoran dəvətini qəbul edəcəyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm