"Prezidentlər masa arxasına oturmalı və..." - Müharibənin dayandırılması üçün İKİ TƏKLİF
Bizi izləyin

MDB

"Prezidentlər masa arxasına oturmalı və..." - Müharibənin dayandırılması üçün İKİ TƏKLİF

“Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda sülhə görə Kremlin başçısı Vladimir Putinlə danışıqlar stoluna oturmalıdır”.

Publika.az xəbər verir ki, bunu ölkə mediasına müsahibəsində Ukraynanın birinci prezidenti Leonid Kravçuk bildirib.

“Mən birinci dəfə deyil ki, bunu deyirəm: müharibəni dayandırmaq üçün Poroşenko və Putin bir masa arxasında oturmalıdır. Əgər Putin istəmirsə, onda Poroşenko bildirsin ki, “mən təklif edirəm, amma Putin istəmir”. Amma mən bilirəm ki, Rusiyanın iştirakı olmadan Donbasda sülhə gedən yolu tapmaq çox çətin olacaq”, - o dedi.

Eyni zamanda, Kravçuk əmindir ki, heç vaxt siyasətdə olmayan insanlar da iki ölkənin yaxınlaşması üçün yolları tapmağa məcburdur.

“Mən təklif edirəm ki, Ukrayna və Rusiyadan heç vaxt siyasətdə olmayan 10 nüfuzlu şəxs toplansın. Onlar “Yol xəritəsi”ni hazırlamağa başlasınlar. Sonra isə onu tamamlanması üçün Poroşenko və Putinə vermək olar. Bu, sülhə gedən yolda ilk addım olacaq”, - keçmiş prezident iddia edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm