Kreml ABŞ-ın yeni sanksiyalarının mümkün nəticələrini açıqladı
Bizi izləyin

MDB

Kreml ABŞ-ın yeni sanksiyalarının mümkün nəticələrini açıqladı

ABŞ-ın yeni sanksiyaları Argentinada G20 (“Böyük iyirmilik”) sammitində Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın görüşü öncəsi Moskva və Vaşinqtonun münasibətlərində “mənfi yükü” artıra bilər.

Publika.az xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalında gedən “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

Qeyd edək ki, G20 sammiti 30 noyabr – 1 dekabr tarixlərində Buenos-Ayresdə keçiriləcək. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov daha əvvəl bildirib ki, sammitdə Rusiya və ABŞ prezidentlərinin görüşü haqqında razılıq var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm