İşğal edilmiş torpaqlarla bağlı Kremldən SENSASİYALI QƏRAR: Buna hazırlıq gedir
Bizi izləyin

MDB

İşğal edilmiş torpaqlarla bağlı Kremldən SENSASİYALI QƏRAR: Buna hazırlıq gedir

Kreml rusiyalıları zəbt edilmiş Krımın Ukraynaya qaytarılması imkanına hazırlayır. Bunu Rusiya KİV-ində ritorikanın dəyişikliyi göstərir.

Publika.az xəbər verir ki, bunu “ObozTV”nin efirində Krım Muxtar Respublikasının baş nazirinin sabiq müavini Andrey Sençenko bildirib.

O qeyd edib ki, “Rossiya 1” telekanalında efirə gedən “60 dəqiqə” reytinq şousu da bunu göstərir.

“Onlar əhalinin reaksiyasını yoxlayırlar. Sanksiyalarla təzyiq o səviyyəyə çatacaq ki, onlar konstruksiyanın tərpəndiyini və dağıntı həddində olduğunu hiss edəcəklər, onda ciddi danışıqlar başlanacaq”, - siyasətçi bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm