MDB
Rusiya yeni nüvə doktrinası hazırlayır – Putin fəlakət ANONSU VERMİŞDİ
Rusiyanın yeni nüvə doktrinasının hazırlaması ideyası nüvə silahının tətbiqinə hədəflənib və bu məsələdə potensial rəqiblərə dəqiq siqnal göndərir.
Publika.az xəbər verir ki, belə qənaətə “RİA-Novosti” agentliyinə danışan Amerika ekspertləri gəliblər.
Federasiya Şurası çərşənbə günü Rusiya Təhlükəsizlik Şurasına “Nüvə sahəsində Rusiya siyasətinin əsasları”nın yeni mətninin hazırlanmasını təklif etdilər. Burada Rusiya tərəfindən nüvə silahının tətbiqi, həmçinin hipersonik və strateji qeyri-nüvə silahının başqa növlərinin rəqib tərəfindən tətbiqi zamanı cavab hərəkətləri barədə qərarın qəbul olunması müəyyən olunur.
Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Rusiya və Avrasiya üzrə proqramların direktoru Olqa Oliker hesab edir ki, strategiyanın yeni redaksiyasının hazırlanması təşəbbüsü Rusiya prezidenti Vladimir Putinin bu yaxınlardakı bəyanatları ilə bağlı ola bilər. Oktyabr ayında Rusiya prezidenti “Valday” diskussiya forumunda nüvə silahından istifadə ilə bağlı suala cavab verib.
Putin, Rusiyanın nüvə silahından istifadə etməyə hazır olması barədə verilən sualı cavablandırarkən bildirib ki, Rusiyanın kiməsə nüvə silahı ilə hücum etmək konsepsiyası mövcud deyil və bu silah yalnız hücuma cavab olaraq istifadə üçün nəzərdə tutulub.
“Bizim konsepsiyada nüvə silahının hücum məqsədilə istifadə edilməsi mövcud deyil. Konsepsiyamızda cavab olaraq müdafiə zərbəsi var. Nüvə silahından bizim əraziyə zərbə endirmək istəyənlərin potensial düşmən olmasından əmin olduğumuz halda istifadə edəcəyik. Bizim raket hücumundan müdafiə üçün öncədən xəbərdarlıq sistemimiz var. Hücumun Rusiya ərazisinə endirilməsindən əmin olduqdan sonra qarşılıqlı cavab zərbəsi endirəcəyik. Əlbəttə, bu, dünya miqyasında fəlakətdir, lakin biz təşviqedici deyilik. Bu halda təcavüzkar bilməlidir ki, o, məhv olacaq, biz təcavüzün şəhidləri kimi cənnətə düşəcəyik, onlar isə sadəcə gəbərəcəklər, çünki onların tövbə etməyə belə zamanları çatmayacaq”, - Kremlin başçısı söyləyib.
Olikerin fikrincə, yeni nüvə doktrinası və nüvə silahının tətbiqinin etibarlı planının mövcudluğu müəyyən şərtlərdə onu bildirmir ki, Rusiya nevə silahını tətbiq etmək niyyətindədir.
“Rusiya potensial rəqiblərə dəqiq siqnal göndərir ki, onlar tərəfindən müəyyən hərəkətlər Rusiya tərəfindən nüvə silahının tətbiqinə gətirib çıxaracaq”, - Oliker vurğulayıb.
Stenford Universitetinin Beynəlxalq Təhlükəsizlik Mərkəzinin elmi işçisi Kristina ven Bruusqaard əmindir ki, Rusiyanın yeni nüvə doktrinası rəqiblərin dayandırılması məsələlərində böyük əhəmiyyətə malik ola bilər.
Eyni zamanda ekspert diqqət yetirir ki, təşəbbüs müzakirənin erkən mərhələsindədir və Müdafiə Nazirliyi ilə Təhlükəsizlik Şurasının mövqeyi hələlik naməlumdur.
Ömər Dağlı
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır