MDB
Bu sorğu Putini ŞOKA SALACAQ: rusiyalıların 61 faizi…
Ölkədəki problemlərə görə prezident Vladimir Putinin məsuliyyət daşıdığını düşünən rusiyalılar 61 faiz təşkil edir.
Publika.az “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın "Levada” analitik mərkəzinin keçirdiyi sorğunun nəticələrində deyilir.
Rəyi soruşulanların daha 22 faizi əmindir ki, Putin Rusiyanın bədbəxtliklərində “müəyyən dərəcədə” günahkardır.
Göstəricilər tədqiqatların bütün tarixi ərzində maksimuma çatıb. “Levada”nın məlumatına görə, 2017-ci ildə rusiyalıların 55 faizi problemlər üçün tam məsuliyyəti Putinin üzərinə qoyurdu, 21 faizi isə hesab edirdi ki, Putin qismən məsuliyyət daşıyır. 2014-cü ilin martında bu göstəricilər müvafiq olaraq 52 və 30 faiz təşkil edirdi (nəşr tədqiqatın Krımın ilhaqından əvvəl və ya sonra keçirildiyini dəqiqləşdirmir -red).
İndi seçkilər olsaydı, respondentlərin yalnız 56 faizi Putinə səs verəcəyini bildirib. Bir il əvvəl prezidentin reytinqi 66 faiz təşkil edirdi.
Hakimiyyətin reytinqi 2018-ci il iyunun 14-də pensiya islahatının elanından sonra düşməyə başlayıb.
“Levada”nın oktyabr ayında keçirdiyi sorğunun nəticələrinə görə, rusiyalıların 33 faizi prezident postunda Putinin işini bəyənmir. 41 faizi isə bildirib ki, Putin ölkəni “səhv yolla” aparır.
Ömər
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
























.jpg)







.jpg)

.jpg)