MDB
Müharibə ONLARI XİLAS EDƏCƏK: İşləməyən strategiya və MÜDHİŞ ZAMANLAMA
Kerç boğazında bazar günü baş vermiş münaqişə apreldən - Rusiyanın materik hissəsi ilə zəbt edilmiş Krım arasında körpünün açılışından bu yana yetişirdi. Kreml 3,4 milyard dollarlıq layihə ilə yarımadanın birləşməsi üzrə iradəsini nümayiş etdirmək fikrində idi. O həmçinin bununla Ukraynadan yan keçərək Krıma çatdırmaları həyata keçirmək imkanını təmin etdi.
Publika.az xəbər verir ki, bu haqda Kerç boğazı ətrafında Rusiya və Ukrayna arasında baş verən son qarşıdurmanı şərh edən “Blomberg” agentliyinin məqaləsində deyilir.
Qeyd edilir ki, Ukraynanın diversiya hərəkətlərindən şübhələnən Rusiyanın sahil mühafizəsi Ukraynanın ticarət gəmilərini saxlayır və dəqiq yoxlamalar aparırdı. Bu isə Ukrayna, Avropa İttifaqı və ABŞ tərəfindən təcavüzkar hərəkət hesab edilir və hətta qismən blokada adlandırılırdı.
“Bundan başqa, bu yoxlamalar qanunsuzdur. 2003-cü ildə Rusiya və Ukrayna azad gəmiçilik haqqında razılaşıb. Rusiya iddia edir ki, yoxlamalar əsaslandırılıb və təhlükəsizlik məsələləri ilə başlıdır, onlar üç saatı ötmür”, - agentlik yazıb.
Lakin bildirilir ki, yoxlamalar bəzən gün ərzində davam edirdi.
Hadisədən sonra Ukraynanın 10 vilayətində - xüsusən, Rusiya ilə sərhəddə, Qara və Azov dənizləri sahillərində, həmçinin Moldovanın Dnestryanı ərazisi ilə sərhəddə yerləşən ərazilərdə hərbi vəziyyət rejiminin tətbiqinə diqqə çəkən “Blomberg” Kiyevin reaksiyasını qətiyyətli adlandırıb.
Ukrayna Rusiyaya qarşı əlavə sanksiyaları tətbiq etməyi tələb edərək BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı. Xarici işlər naziri Pavel Klimkin xəbərdarlıq etdi ki, Rusiya, tamamilə ehtimal ki, təcavüzün sonrakı aktlarını planlaşdırır.
“Hərbi vəziyyətin tətbiqi üçün rəsmi əsas mövcuddur. Bu əsas ən qanlı döyüşlər zamanı yox idi. Rusiya Ukraynanın şərqində döyüş əməliyyatlarında öz iştirakını inkar edirdi. Ancaq indi Rusiya qoşunları Ukrayna gəmilərinə açıq hücüm etdi”, - “Blomberg” qeyd edib.
Agentlik əlavə edir ki, öz ölkələrində prezidentlər Vladimir Putin və Pyotr Poroşenkonun reytinqlərinin düşməsini nəzərə alaraq, hərbi eskalasiya onların hər ikisinin əlinə tamamilə işləyə bilər:
“İnqilabdan beş il sonra Ukrayna Avropanın ən kasıb Avropa ölkəsidir, iqtisadiyyatı inqilabdan əvvəlki dövrdən də zəifdir və yaxın gələcəkdə heç bir sıçrayış gözlənilmir. Poroşenko Ukraynanın Rusiyanın təsir sahəsindən çıxarılmasında öz müvəffəqiyyətlərini göstərmək üçün vətənpərvərliyini nümayiş etdirir. Onun seçkiqabağı şüarı “Ordu, dil, inam”dır. Bu, şirniyyat maqnatı üçün olduqca sərt millətçi çağırışdır. O, yaxın vaxtlara qədər Rusiya ilə fəal bizneslə məşğul olurdu. Son sorğulara əsasən, bu strategiya işləmir. Poroşenkonun reytinqi Yuliya Timoşenkonun reytinqindən aşağıdır. Bu baxımdan, dəniz reydinin keçirilməsi və hərbi vəziyyətin tətbiqinin müddətinin planlaşdırılması diqqətəlayiqdir.
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin də öz vətənində təqaüd yaşının artırılması kimi qeyri-populyar addımlara görə dəstəyini itirir”.
Ancaq agentlik tammiqyaslı müharibəni proqnozlaşdırmır. Bildirilir ki, bunda nə Ukrayna, nə də Rusiya maraqlıdır.
“Hər iki lider təbliğatçılıq alətlərin gurultusunun altında çürüyən münaqişəni dəstəkləyəcəklər, amma onlar 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə oxşar münaqişəyə çatdırmamaq üçün ehtiyatlılıq nümayiş etdirəcəklər. Düzdür, son aylardakı hadisələri nəzərə alaraq, fövqəladə hadisələr mümkündür”, - “Blomberg” yekunlaşdırıb.
Ömər
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO















.jpg)



.jpg)
















