MDB
Müharibə bu tarixdə başlayacaq: Putinin adamı “dərin dövlət”in PLANINI AÇIQLADI
“Rusiya və Ukrayna arasında müharibə olacaqmı? İndi dünyanın bütün KİV-i qarşısına belə bir sual qoyur. Mənim cavabım budur: Xeyr, olmayacaq. Məsələ ondadır ki, belə səviyyəli qərarları Poroşenko yox, amerikalı kuratorları qəbul edirlər”.
Publika.az xəbər verir ki, bu haqda Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markov Kerç boğazı ətrafında baş verən son hadisələri şərh edərkən deyib.
“Məsələ ondadır ki, bu səviyyədə bütün qərarlar əlbəttə, Poroşenko deyil, onun amerikalı kuratorları tərəfindən qəbul edilir. Və onlar indi Ukraynanın Rusiya ilə genişmiqyaslı hərbi münaqişəsindən qorxurlar, buna səbəb Ukrayna ordusunun 2014-cü ildə olduğu kimi, Rusiya tərəfinə keçmə ehtimalıdır. Və ya heç nə etməyəcək. Rusiya ordusunun aktiv hərəkətlərinin başlamasından sonra 2008-ci ildə Gürcüstanda olduğu kimi”, - politoloq bildirib.

Onun sözlərinə görə, buna görə də “US Deep State” (ABŞ-ın dərin dövləti –red.) Kiyevdəki rusofob rejimi zərbə altında olmayacaq:
“Onlar tərəfindən Rusiya ilə müharibə təxminən 2022-ci və ya 2023-cü ildə planlaşdırılır. Bu vaxtadək Ukrayna ordusunun konvensial silahlar sahəsində və mənəvi ruh nöqteyi-nəzərindən, yəni, Rusiyaya nifrətlə tərbiyəsi məsələsində daha güclü hala gətirilməsi planlaşdırılır. Bu gələcək müharibənin hədəfi elə bir qardaş sallaqxanası yaratmaqdır ki, Putin və ya onun komandası öz hakimiyyətini 2024-cü ildən sonraya uzada bilməsinlər. Rusiya bu planı ləğv etməlidir”, – deyə o bildirib”.
Ömər
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma













.jpg)














.webp)








