MDB
Kiyevdən ŞOK BƏYANAT: 48-ni öldürdük, daha 40-nı... – Canlı EFİRDƏ AÇIQLADI
Ukrayna birtərəfli qaydada Rusiya ilə təxminən 40 müqaviləni pozmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin TSN telekanalının efirində bildirib.
Nazir son zamanlar Kiyevin artıq Moskva ilə 48 ikitərəfli razılaşmanı “öldürdüyü” deyib. Klimkin həmçinin vurğulayıb ki, Kiyev əslində Rusiyayla bütün ikitərəfli müqavilələrə yenidən baxır, çünki onun sözlərinə görə, 2014-cü ilə qədər bağlanmış razılaşmalar heç bir məna daşımır.
Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə düşmən səviyyəsində olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.
Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub.
Qeyd edək ki, Kiyev sentyabrda iki dövlət arasında imzalanan dostluq və əməkdaşlıq müqaviləsini uzatmamağa qərar verib. Müqavilə 1997-ci ildə imzalanıb. Sənəd qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığı, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörməti, mübahisələrin sülh yolu ilə nizamlanmasını, güc və ya iqtisadi də daxil olmaqla, təzyiqin başqa üsullarının tətbiq edilməməsini nəzərdə tuturdu.
Ömər Dağlı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO






















.jpg)










.jpg)

.jpg)