100-dən çox yük maşını sərhəddə qaldı
Bizi izləyin

MDB

100-dən çox yük maşını sərhəddə qaldı

Hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması, qar uçqunu və yolların buz bağlaması səbəbindən Gürcüstan-Rusiya sərhəd keçid məntəqəsində və əsas magistralda 120-yə yaxın yük maşını dayanıb.

Publika.az xəbər verir ki, avtomobillərin əsasən hansı ölkələrə məxsus olması barədə məlumat verilməsə də, əksəriyyətinin Ermənistana ərzaq daşıyan avtomobillər olduğu söylənilir.

Bildirilir ki, yolda problem təkcə Gürcüstan tərəfində deyil, Rusiya tərəfində də mövcuddur.

Rusiyanın və Gürcüstanın müvafiq strukturları avtomobildə qalan və ehtiyacı olan sürücülərə müvafiq yardımlar göstərirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm