MDB
Moskva Vaşinqtonun ultimatumuna CAVAB VERDİ: Qızğın SİLAHLANMA BAŞLAYIR
Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komitəsinin başçısı Aleksey Puşkov ABŞ-ın dövlət katibi Mayk Pompeonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə üzrə Rusiyaya verdiyi ultimatumu şərh edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, senator bunu ABŞ-ın xüsusi texnologiyası adlandırıb.
Puşkovun sözlərinə görə, Amerika tərəfi ultimatum irəli sürməklə müqavilənin ləğvinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymaq istəyir.
“Pompeonun ultimatumu ABŞ-ın müqavilədən çıxışının texnologiyasıdır. Vaşinqtonda anlayırlar ki, Moskva belə ultimatumu rədd edəcək. Və onda onlar bütün aləmə bildirəcəklər ki, hər şeyə görə yenə də Rusiya günahkardır və buna görə onlar müqavilənin icrasını dayandırırlar. Onlara müqavilənin icrasını dayandırmaq üçün əsaslandırma lazımdır. Pompeonun ultimatumunun mənası budur”, - senator bildirib.
Daha əvvəl ABŞ-ın dövlət katibi bildirib ki, Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni yerinə yetirməzsə, ABŞ bu razılaşma ilə bağlı olan öhdəliklərini dayandıracaq. Pompeo qeyd edib ki, Vaşinqton müqavilənin icrasına qayıdış üçün Rusiyaya 60 gün vaxt verir.
Xatırladaq ki, oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.
Qeyd edək ki, Müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir.
Ömər Dağlı
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma













.jpg)














.webp)








