MDB
Putinin keçmiş məsləhətçisi HƏR ŞEYİ DANIŞDI: 2019-cu il martın 31-də… - ŞOK DETALLAR
Ukrayna gəmilərinə hücum göstərdi ki, Rusiyanın davranışında keyfiyyət dəyişikliyi oldu. O artıq traktorçular, şaxtaçılar və ya “adamcığazlar” bəhanəsi ilə öz nizami qoşunlarının hərəkətlərini gizlətmir. İlovaysk döyüşündə bir neçə on Rusiya taktik qrupu iştirak edirdi, amma bu gizlədilirdi. Rusiya artilleriyasının sərhəd boyu Ukrayna qoşunlarına atəş açdığı məlum faktdır, amma Qərb bunu görməməyə üstünlük verirdi.
Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya prezidentinin keçmiş məsləhətçisi, iqtisadçı Andrey İllarionov danışıb.
Ukraynada prezident seçkilərində Moskvaya loyal siyasətçilərin qələbə qazanmayacağı halda (Ukraynada prezident seçkisi 2019-cu ilin martın 31-də keçiriləcək –red.), Rusiyanın Ukraynaya hücum edəcəyi barədə ekspertlərin fikirlərinə gəlincə, İllarionov bunu mümkün sayır.
“Rusiya öz təcavüzkar hərəkətlərini gizlətməyi dayandırıb, buna görə də genişmiqyaslı əməliyyat mümkündür. Ukrayna kəşfiyyatı danışır ki, Rusiya-Ukrayna sərhədində 80 min Rusiya hərbi qulluqçusu cəmləşdirilib. 2014-cü ildə sərhəd boyu Rusiya hərbçilərinin maksimal sayı 50 min ötmürdü, indi praktik olaraq iki dəfə çoxdur. Bundan başqa, Vladimir Putin Xəzər donanmasından Azov dənizinə, Şimal və Baltika donanmalarına 120 gəmi göndərdi. Onlardan bir çoxu desantlarçılardır. Desant donanması sərhədin patrul keşiyi və ya ticarət gəmilərinin yoxlanılması üçün deyil, o qoşunların və texnikanın desantçılığı üçün nəzərdə tutulubmuşdur. Rusiya qoşunlarında yeni üzən zirehli maşın ortaya çıxdı, hətta sovet ordusunda yox idi. Niyə? Daimi manevrlər gedir, Baltikdə, Xəzərdə və Krımda qoşunların və hərbi texnikanın sahilə düşürülməsi məsələləri yerinə yetirilir. Niyə? Bir neçə gün əvvəl Krımda vəziyyət barədə general-leytenant Yuri Netkaçev danışdı. O, Dnestryanı ərazidə qanunsuz silahlı birləşmələr yaratması ilə məşhurdur. O, daha sonra Acariya, Cənubi Osetiya, Krımda və Donbsada göründü. İndi o, Krımın şimalında vəziyyətdən danışır və deyir ki, Ukrayna zirehli tank hissələri Simferopola marşa hazırlaşır. Bütün bunlar 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü ərəfəsində Cənubi Osetiyada baş verənləri xatırladır”, - o bildirib.
Ömər
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma


















.jpg)









.webp)








