Rusiya ABŞ-ın əsl niyyətini açıqladı: Vaşinqton Türkiyəyə "Troya atı" göndərir - ŞOK
Bizi izləyin

MDB

Rusiya ABŞ-ın əsl niyyətini açıqladı: Vaşinqton Türkiyəyə "Troya atı" göndərir - ŞOK

“ABŞ Türkiyəyə “Patriot” havadan müdafiə sistemi satmaqla Moskva-Ankara arasındakı “S-400” müdafiə sistemi razılaşmasını pozmağa çalışır”.

Publika.az xəbər verir ki, bunu rusiyalı hərbi mütəxəssis İqor Korotçenko deyib.

Onun sözlərinə görə, bu qərar Vaşinqtonda hazırlanan sistemli planın bir hissəsidir: “Əks halda, bu, ABŞ-ın bir NATO üzvünə nüfuz etmək istiqamətli, strateji imkan və qabiliyyətlərinə yönəlmiş böyük zərbə olacaq. Vaşinqton Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə razılaşmanı pozmaq üçün hər şeyi edir. Türkiyəyə “F-35” qrıcılarının təhvil verilməsi vədləri və FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyasına dair xəbərlər də bu sistemli planın bir maddəsidir”.

Korotçenkoya görə, ABŞ “Patriot” sistemlərinə Türkiyə ilə qarşıdurma vəziyyətində birbaşa Vaşinqtonun aktiv hala gətirə biləcəyi proqram yaza bilər:

“ABŞ-Türkiyə münasibətləri pisləşərsə, Vaşinqton radio-siqnallar vasitəsilə bu proqramı aktiv edərək “Patriot” sistemlərini təsirsiz hala gətirə bilər. Bu, bir “Troya atı”dır. Ərdoğan və generalları ABŞ-dan system almağın təhlükəli olduğunu anlamalıdır”.

Qeyd edək ki, ABŞ Türkiyəyə “Patriot” zenith-raket müdafiə sistemi satmağa razılıq verib. ABŞ Xarici İşlər Nazirliyi 3,5 milyard dollar dəyərində havadan və raket müdafiə sisteminin Türkiyəyə satılmasını təsdiq edib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nəzdindəki Müdafiə-Təhlükəsizlik Əməkdaşlığı Agentliyi yazılı açıqlama yayıb.

Xatırladaq ki, ötən il Rusiya ilə Türkiyə arasında “S-400” havadan müdafiə sisteminin satışı üçün razılaşma imzalayıb. Bu razılaşma ABŞ ilə Türkiyə arasında gərginliyə səbəb olub. ABŞ “S-400”lərin NATO sistemləri ilə ayaqlaşmadığını iddia edərək Türkiyəyə sanksiya tətbiq etməklə təhdid etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm