MDB
Beş nüvə dövləti Pekində razılaşa bilmədi
“Nüvə beşliyi” ölkələri Pekində yekun bəyanatı uyğunlaşdırmaqdan imtina ediblər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov Pekində “nüvə beşliyi”nin görüşündə çıxışı zamanı deyib.
O, vəziyyəti çox ciddi adlandırıb.
“Narahat olmamaq mümkün deyil ki, bütün bu hadisələr “nüvə beşliyi” üzvlərinin arasında qarşılıqlı etibarın defisitinin dərinləşməsi fonunda baş verir. Bu, sözügedən format üçün görünməmiş çağırışdır. Vəziyyət o qədər ciddidir ki, bu dəfə hətta biz yekun bəyanatın uyğunlaşdırılmasından imtina etməli olduq”, - rusiyalı diplomat söyləyib.
Sergey Ryabkov qeyd edib ki, dünyada konflikt potensialının səviyyəsi təhlükəli həddə çatıb.
“Beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət sabitləşmədi, əksinə, pisləşməyə davam edir. Konflikt potensialın səviyyəsi çox təhlükəli həddə çatıb”, - diplomat vurğulayıb.
Qeyd edək ki, “nüvə beşliyi” nüvə silahına malik ölkələrin qeyri-formal birləşməsidir. Onun tərkibinə Rusiya, Çin, Böyük Britaniya, ABŞ və Fransa daxildir.
Ömər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq

















.jpg)



.jpg)














.jpg)