Rusiya XİN: ABŞ Moskva ilə şantaj dilində danışır
Bizi izləyin

MDB

Rusiya XİN: ABŞ Moskva ilə şantaj dilində danışır

Rusiya şantaj cəhdləri rejimində Orta və kiçik mənzilli raketlərinin ləğvi haqqında Müqavilə barədə danışmağın mümkün olmadığını ABŞ-a çatdırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ dövlət katibinin müavini Andrea Tompsonla görüşün nəticəsinə görə bildirib.

“Biz Amerika tərəfinə dedik ki, Rusiya ilə şantaj cəhdləri ilə danışıq aparmaq mümkün deyil”, - o deyib.

Onun sözlərinə görə, Amerika tərəfi şəffaflıqla bağlı məsələləri Rusiya ilə müzakirə etməyə hazır olduğunu təsdiq etmir. Rusiyalı diplomat qeyd edib ki, ABŞ “Mk-41” işəsalma qurğuları ilə bağlı vəziyyətin nizama salınması üzrə tələblərə reaksiya vermir. Ryabkov qeyd edib ki, Rumıniyada artıq fəaliyyətə başlayan “Aegis Ashore” komplekslərinin tərkibindəki işəsalma qurğuları tezliklə Polşada olacaq.

Daha əvvəl Dövlət Departamenti “9M729” Rusiya raketinin məhv edilməsini Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin saxlanılmasının əsas şərti adlandırıb.

Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir. Oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 4-də bildirib ki, müqavilənin icrasına qayıtmaq üçün Rusiyanın 60 gün vaxtı var. O əlavə edib ki, əgər bu olmasa, Vaşinqton müqavilə üzrə öhdəlikləri fevralın 2-də dayandıracaq.

Qeyd edək ki, son illərdə Moskva və Vaşinqton müqavilənin pozulmasında bir-birini daim ittiham edir. Rusiya dəfələrlə bildirib ki, müqavilə üzrə öz öhdəliklərinə ciddi riayət edir. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov qeyd edib ki, ABŞ-ın özünün müqavilənin icrası sahəsində ciddi suallar var. ABŞ isə hesab edir ki, 9M729 raketi müqavilə üzrə öhdəlikləri pozur.

ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə riayət edilməsi üzrə tələblərin yer aldığı sənədi ötən həftə Rusiyaya verib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm