Moskvadan Ankaraya ÇAĞIRIŞ: Vədi yerinə yetirin!
Bizi izləyin

MDB

Moskvadan Ankaraya ÇAĞIRIŞ: Vədi yerinə yetirin!

Suriyanın İdlib vilayətində Türkiyə və Rusiya arasında razılaşdırılan silahsızlaşdırılmış zona indiyə qədər işləməyə başlamayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Verşınin bildirib.

Rusiya diplomatı Türkiyəni öz vədlərinin icrasını maksimum sürətləndirməyə çağırıb.

“Ötən il sentyabrın 17-də bağlanmış memoranduma əsasən, birinci mərhələdə terrorçular tərəfindən zorakılığın azaldılmasına nail olunmalı idi. Sənəd həmçinin, deeskalasiya zonasının daxilində silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tuturdu. Terrorçular və ağır silahlar buradan çıxarılmalı idi. Türkiyə bu məsuliyyəti öz üzərinə götürdü. Biz əla anlayırıq ki, bu, ağır məsələdir. Və bu gün biz onlara deyirik ki, memorandum sonuna kimi yerinə yetirilməyib, silahsızlaşdırılmış zona indiyə qədər hələ rəsmiləşdirilməyib”, - Verşınin deyib.

Xatırladaq ki, Soçidə sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların nəticəsinə görə, iki ölkənin müdafiə nazirləri İdlibdə vəziyyətin sabitləşməsi haqqında memorandumu imzalayıblar və vilayətdə silahsızlaşdırılmış zonanın yaradılması barədə razılaşıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm