• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

Lukaşenko və Putin arasında danışıqların son raundu başladı

  • MDB
  • 15 Fevral 2019 17:00
Lukaşenko və Putin arasında danışıqların son raundu başladı

Soçidə Rusiya və Belarus prezidentləri – Vladimir Putin və Aleksandr Lukaşenko arasında danışıqların son raundu başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, liderlər artıq üçüncü gündür Avrasiya İqtisadi İttifaqı formatında inteqrasiya problemlərini, xüsusi halda, Belarus iqtisadiyyatı üçün Rusiya vergi manevrinin nəticələrini müzakirə edirlər.

Liderlər danışıqların KİV-ə açıq hissəsində müstəqillik məsələləri üzrə fikirlərini bildiriblər.

“Bizdə müstəqilliklə bağlı problem yoxdur. Hətta bu kontekstdə bu problemi müzakirə etməmişik. Biz ona əsaslanırıq ki, bu gün iki dövlət var. Biz Rusiya və Belarusun müstəqilliyi məsələlərini niyə qaldırmalıyıq? Bu, ikonadır, bu, müqəddəsdir. Məndə sual yaranır: siz rusiyalılar bu gün müstəqillikdən keçməyə və ya müstəqilliklə sövdələşməyə hazırsınız?”, - Lukaşenko Soçidə Putinlə danışıqlarda Belarusun müstəqilliyi mövzusunun müzakirə olunub-olunmadığı haqda suala cavab verərkən deyib.

Vladimir Putin isə jurnalistlərə bildirib ki, dünyada tamamilə müstəqil dövlətlər mövcud deyil, müasir dünya bir-birindən asılıdır.

Putin hərbi ittifaqlara və NATO-ya diqqəti yönəldib.

“Nə düşünürsünüz ki, Avropa ölkələrindən kimsə orta mənzilli Amerika raketlərinin Avropada ortaya çıxmasına qarşı çıxırmı? Heç kim qarşı deyil. Budur, otururlar və susurlar. Burada müstəqillik haradadır? Avropa Parlamenti qərarları bütün üzvləri tərəfindən icra olunması üçün qəbul edir. Vaxtilə SSRİ Ali Soveti müttəfiq respublikaları üçün belə qərarlarI qəbul edirdi”, - Rusiya prezidenti qeyd edib.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR