Poroşenko impiçment edilə bilər
Bizi izləyin

MDB

Poroşenko impiçment edilə bilər

Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko “orduda oğurluqlarla” əlaqədar prezident Pyotr Poroşenkonun impiçmenti prosedurunu başlamağa çağırıb.

Publika.az “Apostrof” nəşrinə istinadən xəbər verir ki, siyasətçi bu haqda Ali Radada çıxışında deyib.

“Elan edirik ki, bizi dəstəkləyən başqa fraksiyalarla birlikdə, prezidentin impiçmenti proseduruna başlayırıq”, - partiya lideri qeyd edib.

Timoşenko Ukraynanın müdafiə kompleksində oğurluqlarla bağlı jurnalistlərin dərc etdiyi araşdırmaya istinad edib. Partiya liderinin iddiasına görə, oğurluqların arxasında Poroşenko və onun yaxın şəxsləri dayanır. O, artırılmış qiymətlər üzrə Rusiyadan Ukrayna hərbi texnikası üçün ehtiyat hissələrinin alınmasında prezidenti ittiham edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm