Tbilisidə yaşayış binasında partlayış - Yaralılar var
Bizi izləyin

MDB

Tbilisidə yaşayış binasında partlayış - Yaralılar var

Gürcüstanın paytaxtı Tbilisinin Diğomi rayonunda yerləşən beşmərtəbəli yaşayış binalarının birində partlayış baş verib.

“Report” xəbər verir ki, partlayışa səbəb qaz sızması səbəb olub.

Nəticədə 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış binada dağıntılara səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm