Bu, bütün regionun təhqiri olacaq - Lavrov
Bizi izləyin

MDB

Bu, bütün regionun təhqiri olacaq - Lavrov

Moskva ümid edir ki, ABŞ Venesuelada hərbi güc tətbiq etməyə başlamayacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu birinci dəfə deyil ki, administrasiyanın nümayəndələri masada hərəkətlərin bütün variantlarının, hətta hərbi variantın olduğunu bildirirlər. Ümid edirəm ki, bu, prezident Trampın niyyətlərini əks etdirmir. Ən azından, belə niyyətlər prezident Vladimir Putinlə telefon söhbətində səslənmədi”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Venesuelaya qarşı hərbi gücün tətbiqi bütün Latın Amerikası regionunun təhqiri olacaq.

“Ümid edirəm ki, Vaşinqtonda bunu anlayırlar”, - Lavrov vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm