MDB
Qazaxıstanda partlayışlar bir neçə gün davam edə bilər
Qazaxıstanın cənubunda yerləşən Arıs şəhərindəki silah anbarında partlayışlar bir neçə gün davam edə bilər.
Publika.az “Xabar 24” telekanalının məlumatına görə, bunu Türküstan vilayətinin rəhbəri Umirzak Şukeev deyib. “Yanğının miqyası çox böyükdür və bu, bir neçə gün davam edə bilər. Təhlükəsizlik səbəbindən bütün əhali təxliyə olunmalı idi”, - deyə o, fövqəladə vəziyyətlə bağlı keçirilən brifinqin gedişində bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Arıs şəhərində yaranmış vəziyyətlə şəxsən tanış olmaq üçün Türküstan vilayətinə yola düşüb.
Xatırladaq ki, Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətinin 44,3 min nəfər əhalisi olan Arıs şəhəri yaxınlığında yerləşən hərbi hissələrin birində bu gün səhər saatlarında yanğın baş verib. Bundan sonra silah anbarındakı döyüş sursatları partlamağa başlayıb. Şəhərin bütün əhalisi təxliyə edilib.
Son məlumata əsasən, hadisə nəticəsində azı bir nəfər həlak olub, 70-dən çox insan isə xəsarət alıb. Əraziyə 58 təcili yardım briqadası və iki helikopter cəlb edilib.
Baş verənlərin səbəbləri araşdırılır. İnsidentlə bağlı cinayət işi açılıb.
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi – Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama