Qırğızıstan hadisələrinə ilk beynəlxalq reaksiya gəldi: "Taleyindən narahatıq..."
Bizi izləyin

MDB

Qırğızıstan hadisələrinə ilk beynəlxalq reaksiya gəldi: "Taleyindən narahatıq..."

Qırğızıstanda baş verənlər ölkənin daxili məsələsidir.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, Moskva sabiq prezident Almazbek Atambayevin həbsi ilə bağlı keçirilən əməliyyatları Qırğızıstanın daxili məsələsi kimi dəyərləndirir: “Bəlkə də mətbuat katibi vəzifəmdən uzaqlaşıb sadəcə Qırğızıstanda dost və tanıdıqları yaşayan insan olaraq ağıllı davranmaq və məsuliyyət duyğusu diləmək istəyirəm”.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin isə jurnalistlərə verdiyi açıqlamada qırğız xalqının taleyindən narahat olduqlarını dilə gətirib.

Qeyd edək ki, Qırğızıstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri sabiq prezident Almazbek Atambayevi Bişkekdəki evində həbs etmək üçün əməliyyat keçirib. Dəstəkçilərinin köməyi ilə qaçmağa çalışan Atambayev təhlükəsizlik qüvvələrinə öz xalqına atəş açmama çağırışı edib. Lakin o özü basqın zamanı silahdan istifadə edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm