Moskva İrəvana nota göndərəcək - Tender QALMAQALI
Bizi izləyin

MDB

Moskva İrəvana nota göndərəcək - Tender QALMAQALI

Rusiya ORSIS şirkətinin iştirak etdiyi silah tədarükü tenderinin pozulması ilə bağlı Ermənistana etiraz notası göndərəcək.

Publika.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Sənaye və Ticarət nazirinin müavini Oleq Ryazançev tərəfindən Ermənistanın Müdafiə naziri David Tonoyana ünvanlanan notada vəziyyətin nizama salınması istənilir.

Agentliyin vəziyyətlə tanış mənbəyinin sözlərinə görə, nota artıq oktyabrın 22-də Rusiya Xarici İşlər Nazirliyinə daxil olub və yaxın vaxtlarda diplomatik kanallarla erməni tərəfinə çatdırılacaq.

Bildirilir ki, ORSIS şirkəti cari ilin may ayında Ermənistan Müdafiə Nazirliyinin bir neçə milyon dollar həcmində hərbi texnika tədarükünə dair elan etdiyi tenderdə müvafiq tələblərə uyğun gəldikləri üçün iştirak etsələr də, bilmədikləri səbəblərdən tenderə xitam verilib və Ermənistan Cinayət Məcəlləsinin "vəzifə səlahiyyətlərinə səhlənkar yanaşma" maddəsi ilə cinayət işi açılıb.

Sənəddən həmçinin görünür ki, Ermənistan Müdafiə Nazirliyi tenderdə iştirak üçün bank zəmanətinin ödənilməsi tələbi ilə banka qanunsuz müraciət edib, lakin qanunla şirkət tenderdə qalib gəlsəydi və müqaviləni imzalamaqdan imtina etsəydi, belə kompensasiya ödəməli idi.

“Sizdən xahiş edirəm ki, mövcud vəziyyəti nəzərdən keçirəsiniz və bunun həllinə yönəlmiş tədbirlərin görülməsi barədə göstəriş verəsiniz”, - sənəddə deyilir.

Qeyd edək ki, "Promtexnoloqii" şirkətlər qrupunun bir hissəsi olaraq ORSIS illər boyu Ermənistanı silah, güllə, optik cihazlarla təchiz edir. Şirkətdən bildirilib ki, yaranmış vəziyyət Ermənistanda güllə istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihənin taleyini də sual altında qoyur. Müəssisəyə Rusiya tərəfindən bir neçə milyon ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulurdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm