MDB
NATO genişmiqyaslı müharibəyə hazırlaşır - 3 il...
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahı NATO-nun genişmiqyaslı qarşıdurmaya hazırlaşdığını düşünür. Hesab edilir ki, NATO-nun Baltikyanı ölkələrdə, Polşada, eləcə də Qara və Baltik dənizlərinin sularında keçirdiyi təlimlər ittifaqın genişmiqyaslı münaqişəyə hazırlığını göstərir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelərlə danışarkən bildirib.

Baş Qərargah hesab edir ki, 2050-ci ilə qədər genişmiqyaslı müharibə üçün ilkin şərt yoxdur.
"Baltikyanı ölkələrdə və Polşada, Qara və Baltik dənizlərində hərbi fəallıq getdikcə güclənir. Blokun hərbi təlimləri artır. Onların ssenariləri NATO-nun genişmiqyaslı hərbi münaqişədə öz qüvvələrinin yerləşdirilməsinə hazırlaşdığını göstərir", - general deyib.
Gerasimov qeyd edib ki, alyans "Rusiyanın hərbi təhdid daşıdığı" tezisini təbliğ edir, Rusiyanın təhlükəsizliyi təmin etmək üçün atdığı hər hansı addımı və ya müdafiə sənayesi sahəsində planlaşdırılan tədbiri "sülhə təhdid" olaraq şərh edir. "Brüsselin doktrinal sənədlərində Rusiya qarşı tərəfin statusuna malikdir", - general vurğulayıb.
Gerasimov ayrıca, 2016-cı ildən bəri alyansa üzv ölkələrin müdafiə xərclərini 130 milyard dollar artırdığını və 2024-cü ilə qədər məbləğin 400 milyard dollar artırılmasının planlaşdırıldığını xatırladıb. O, blokun addımlarının gərginliyi artırdığını və Rusiya ilə NATO arasındakı təmas xəttində təhlükəsizlik səviyyəsinin aşağı düşdüyünü vurğulayıb.
Zümrüd
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi



















.jpg)













.jpg)
.jpg)

