Ölkəni 5 yerə böləcəklər - Sabiq prezidentdən ŞOK İDDİA
Bizi izləyin

MDB

Ölkəni 5 yerə böləcəklər - Sabiq prezidentdən ŞOK İDDİA

Ukrayna dağılacaq, yerində 5 yeni ölkə yaranacaq.

Publika.az xəbər verir ki, bu iddia Ukrayna mediasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tərəfindən səsləndirilib.

O, Ukrayna hökumətinin siyasi sistemini, ölkənin ərazii bütövlüyü və suverenliyinə zərər gəlməyəcək formada düzəltməyin vacibliyini vurğulayıb.

Ölkənin müxtəlif bölgələrindəki yerli oliqarxların öz ordularını qurduqlarını qeyd edən sabiq dövlət başçısı bu şəxslərin asanlıqla vəzifədən getməyəcəyini, Ukraynanı 5 Ukraynaya çevirmək üçün hazırlaşdıqlarını dilə gətirib.

Qeyd edək ki, Mixail Saakaşvili 2004-2013-cü illərdə 2 dövr Gürcüstan prezidenti olub. 2015-ci ildə Ukraynanın Odessa qubernatoru seçilib. Bundan sonra Gürcüstan vətəndaşlığından çıxarılıb. 2017-ci ildə Ukrayna pasportu əlindən alınıb və ölkədən deportasiya edilib. 2019-cu ildə Vladimir Zelenskinin prezident seçilməsindən sonra Ukraynada Saakaşvilinin vətəndaşlığının ləğv olunmasına dair verilən qərar geri götürülüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm