Dünyanın gözlədiyi görüş BAŞA ÇATDI: Rusiyadan müharibə anonsu - Türk ordusu hərəkətə keçir?
Bizi izləyin

MDB

Dünyanın gözlədiyi görüş BAŞA ÇATDI: Rusiyadan müharibə anonsu - Türk ordusu hərəkətə keçir?

Suriyanın İdlib şəhərindəki vəziyyəti müzakirə etmək üçün paytaxt Moskvada bir araya gələn Türkiyə və Rusiya nümayəndə heyətinin görüşləri başa çatıb.

Publika.az xəbər verir ki, iki gün davam edən görüşlərdən sonra rəsmi açıqlama verilməyib.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, türk heyəti meydanda gərginliyin sürətlə azaldılması və dinc sakinlərin vəziyyətinin daha da pisləşməməsi üçün tədbirlər görülməsini təklif edib. Bundan başqa, İdlibdə Soçi memorandumu çərçivəsində verilən qərarların tam şəkildə icrası və pozuntuların qarşısının alınması məqsədilə atıla biləcək addımlar razılaşdırılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, Türkiyə heyətinə Xarici İşlər nazirinin müşaviri Sədat Önal, Rusiya heyətinə isə Xarici İşlər nazirinin köməkçisi Sergey Verşininlə Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev başçılıq edib.

Diplomatlar, hərbi səlahiyyətli şəxslər və kəşfiyyatçıların qatıldığı 2 saatlıq toplantıdan sonra heyət Moskvanı tərk edib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, Moskvadakı görüşlərdən nəticə çıxmasa, qarşıdakı günlərdə liderlər səviyyəsində görüşlər keçirilə bilər.

Rusiyalı hərbi mütəxxəsislər də diplomatik razılaşma əldə edilməyəcəyi təqdirdə, Türkiyə ordusunun Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyat keçirəcəyini istisna etmir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm