MDB
Yer kürəsi daha bir nüvə fəlakətilə qarşı-qarşıya - Çernobıl yanır
Ukraynanın Çernobıl bölgəsində 4 apreldə başlanan meşə yanğınını söndürmək hələ də mümkün olmayıb.
Publika.az xəbər verir ki, yanğın 34 il əvvəl dünyanın ən böyük ekoloji fəlakətinin yaşandığı Çernobıl Atom Stansiyasının yerləşdiyi bölgəyə yaxınlaşmaqdadır.
Yanğın böyük hissəsi partlayışdan sonra təxliyə edilmiş 12 kənd, məzarlıq və geniş ağaclıq sahələrini əhatə edib.

Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada ətrafa yayılan tüstü səbəbilə yanğının əhatə etdiyi bölgəni tam müəyyənləşdirməyin mümkün olmadığı bildirilib. Açıqlamada yanğının başlamasına dair 3 ehtimal vurğulanıb: birincisi, qonşu Yitomir rayonunda yanğın olması, ikincisi, bölgədəki elektrik xətlərində qısa qapanma, üçüncüsü isə qəsdən yanğın çıxarmadır.
Ukrayna rəsmi dairələrindən ötən həftə verilən açıqlamada yanğın sahəsində radiasiyanın normadan 14 qat daha çox olduğu bildirilib.
Xatırladaq ki, 26 aprel 1986-cı ildə Çernobıl AES-in 4 nömrəli reaktorunda baş verən partlayış nəticəsində dünya tarixinin ən faciəli hadisəsi yaşanmışdı. Stansiya 2000-ci ildə bağlanmışdı.
Zümrüd
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq












.jpg)



























