Neftin qiymətlərini çöküşdən xilas etdilər - Kreml
Bizi izləyin

MDB

Neftin qiymətlərini çöküşdən xilas etdilər - Kreml

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə bəzi neft istehsalçısı ölkələr arasında əldə olunan razılaşma neft qiymətlərini çökməkdən xilas etdi.

Publika.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Paytaxt Moskvada jurnalistlərin suallarını cavablandıran sözçü hazırda bu razılaşmanın Rusiya büdcəsinə təsirləri ilə bağlı hesablamalar aparıldığını dilə gətirib.

Peskov həmçinin jurnalistlərin yönəltdiyi suallara cavab olaraq Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri Donald Tramp arasında ölkələrinə tətbiq olunan sanksiyaların gündəmə gəlmədiyini bildirib.

Qeyd edək ki, OPEC-dən ötən gecə verilən açıqlamada OPEC+ ölkələrinin ümumi xam neft istehsalını 1 maydan 30 iyuna qədər gündəlik 9,7 milyon barel azaldacağı bildirilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm