MDB
“Çernobıl partlayışından əvvəl 2 dəfə...” - İllər sonra ŞOK ETİRAF/VİDEO
Video əlavə olunub.
xxx
Çernobıl Nüvə Stansiyasının 4 nömrəli reaktorunda meydana gələn partlayışdan əvvəl müəssisədə 2 qəza olub.
Publika.az xəbər verir ki, bunu stansiyanın yanğından mühafizə müfəttişi Pyotr Şavrey etiraf edib.
Ukraynanın “Obozrevatel” qəzetinə müsahibə verən sabiq müfəttiş qəzanın dəqiq tarixini açıqlamayıb: “Bir dəfə yanacaq yükləyərkən yanacaq çubuğu qopdu və soyutma borusunu qırdı. O zaman böyük radiasiya sızıntısı oldu. Stansiyanın yerləşdiyi sahənin 1 metr dərinliyində torpaq çöküntüsü oldu, Pripyat şəhəri yuyuldu. Bəzi işçilərdə halsızlıq, ürəkbulanma və qusma simptomları üzə çıxdı. Bu qəzadan sonra eyni briqadadan 6 nəfər klinikada dünyasını dəyişdi”.
Şavreyin sözlərinə görə, ikinci qəza 6 aydan sonra meydana gəlib: “Turbin qurğusunun fırlanğacı qırıldı və havaya uçdu. Hidrogen sızıntısı meydana gəldi. O anda yaxınlıqda qaynaq işi olsaydı, böyük partlayış yaşanacaq və stansiya çökəcəkdi”.
Qeyd edək ki, 26 aprel 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda böyük partlayış meydana gəlmişdi. Qəzadan sonra radiasiya Rusiyada 60, Ukraynada 50, Belarusda 46,5 kv/km sahəyə yayılmışdı. Stansiyanın istifadəsinə 2000-ci ildə son qoyulmuşdu.
Zümrüd
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq












.jpg)



























