Tiflisdə vətəndaşlara və polisə ATƏŞ AÇDILAR
Bizi izləyin

MDB

Tiflisdə vətəndaşlara və polisə ATƏŞ AÇDILAR

DİN-nin Tiflis Polis Departamentinin, Patrul Polis Departamentinin, Xüsusi Tapşırıqlar Departamentinin və Ekspert-Kriminalistika Departamentinin əməkdaşları həyata keçirilmiş birgə tədbir nəticəsində 1975-ci il təvəllüdlü A.İ.-ni polislərə hücum ittihamı ilə yaxalayıblar.

Publika.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün günorta satlarında Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzinə , Tiflisdə, Varketilinin 3-cü massivində, 1975-ci il təvəllüdlü A.İ. tərəfindən sərxoş halda bir neçə dəfə odlu silahdan atəş açılmasına dair məlumat daxil olub.

Polislər qəbul olmuş məlumata anındaca reaksiya veriblər və hadisə yerinə yollanıblar.

Sözügedən şəxs polislərin dəfələrcə müraciət etmələrinə baxmayaraq, əlindəki odlu silahla atəş açmağa davam edib.

Bir neçə saat davam edən danışıqlar nəticəsində, A.İ hüquq-mühafizəçilərin tələbinə tabe olub və yaşayış evini tərk edib. Polislər onu yaxalayaraq əlində olan silahı dəlil olaraq götürüblər.

Sözügedən şəxsi törətdiyi əmələ görə, 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm