Moskvada koronavirusdan daha 22 nəfər ölüb
Bizi izləyin

MDB

Moskvada koronavirusdan daha 22 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 22 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 22 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 3 975 nəfərə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm