Putin-Lukaşenko görüşündən İLK AÇIQLAMA - CANLI YAYIM - (YENİLƏNİR)
Bizi izləyin

MDB

Putin-Lukaşenko görüşündən İLK AÇIQLAMA - CANLI YAYIM - (YENİLƏNİR)

"Əlbəttə ki, Belarusda baş verənləri və seçkilərlə bağlı daxili siyasi hadisələri hamımız bilirik. Siz bizim mövqeyimizi yaxşı bilirsiniz”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Soçidəki görüşündə deyib.

O bildirib ki, Rusiya xaricdən hər hansı bir istək və təzyiq olmadan, sakit formada belarusların tərəfindədir: “Bir-birimizlə dialoqda bu vəziyyəti anladıq və işimizi necə quracağımız barədə ortaq bir qərara gəldik”.

O, Lukaşenkanın respublika konstitusiyası üzərində işə başlamaq təklifini məntiqli və vaxtında verilmiş qərar adlandırıb.

Putin Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Müstəqil Dövlətlər Birliyi daxil olmaqla, Belarus ilə bütün əməkdaşlıq müqavilələrinə sadiq qaldığını vurğulayıb.

Putin rəsmi Moskvanın 1,5 milyard dollarlıq kredit müqaviləsini yerinə yetirəcəyini əlavə edib.

Görüşü canlı təqdim edirrik.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm