MDB
ABŞ kəşfiyyatını ifşa edən Snouden Rusiya vətəndaşlığı üçün müraciət etdi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Eduard Snouden Rusiya vətəndaşlığı üçün müraciət etməyə qərar verib.
Publika.az-ın məlumatına görə, bu barədə, o, özünün tvitter hesabında yazıb.
İllərdir valideynlərimizdən ayrıldıqdan sonra həyat yoldaşımla oğlumuzdan ayrılmaq istəmirik. Bu səbəbdən, pandemiya dövründə və qapalı sərhədlərdə ikili ABŞ-Rusiya vətəndaşlığı üçün müraciət edirik.
"Uzun illər valideynlərimizdən ayrı qaldıqdan sonra həyat yoldaşımla oğlumuzdan ayrılmaq istəmirik. Bu səbəbdən bu pandemiya dövründə və qapalı sərhədlərdə ikili ABŞ-Rusiya vətəndaşlığı üçün müraciət edirik", - sabiq zabit qeyd edib.
Eduard Snouden kimdir?
Eduard Snouden Şimali Karolina ştatında 1983-cü ilin 21 may tarixində dünyaya gəlib. Uşaq vaxtı Snoudenin ailəsi Milli Təhlükəsizlik Agentliyinin (NSA) əsas binasının yaxınlığına köçür. O, orta məktəbin son illərində təhsilini yarımçıq qoyur. Daha sonra kollecdə müxtəlif dərslər alsa da, heç vaxt məzun ola bilmir. 2004-cü ildə Ordunun Xüsusi Təyinatlı dəstəsində xidmətə cəlb edilsə də, 4 ay sonra uzaqlaşdırılır.
2005-ci ildə bir araşdırma mərkəzində mühafizəçi kimi çalışan Eduardın kompüter bilikləri işçilərin diqqətini çəkir və o, 2006-cı ildə işə götürülür. Burada bir çox gizli əməliyyatlar həyata keçirən Edvard 2009-cu ildə MTA-ya keçid edir.
2013-cü ildə xəstəliklə bağlı icazə alıb Honkonqa yola düşən Eduard sonrakı aylarda “The Guardian” və “The Washington Post” qəzetlərinə MTA-nın məxfi məlumatlarını, o cümlədən, ABŞ xüsusi xidmət orqanları tərəfindən PRISM, “X-Keyscore” və “Tempora” informasiya və əlaqə şəbəkələri vasitəsilə bir çox dünya ölkələrinin vətəndaşlarının informasiya mübadiləsinə total nəzarət həyata keçirilməsinə dair məlumatları ötürüb. Snoudenin yaydığı məlumatlarda “Verizon” operator şirkətinin milyonlarla istifadəçisinin zəng məlumatlarını dövlətə verməsi ilə bağlı gizli materiallar yer alıb. Eduard daha sonra “NSA”, “Google”, “Facebook” və “Apple” serverlərinə birbaşa giriş əldə edib.
Hadisədən sonra ABŞ hökuməti Edvard Snoudeni cəsusluqda günahlandırır. Ağ Ev rəsmiləri Snoudeni Honkonqdan ekstradisiya etməyə çalışsalar da, Çin və Honkonq hökuməti ABŞ-ın bu istədiyini geri çevirir. Sonra isə “Vikiliks” media qrumunun köməyi ilə Eduard Moskvaya uçur. Burada qaçqın kimi yaşayış hüququ alan Edvard daha sonra “Vikiliks” komandasıyla aeroportu tərk edərkən görüntülənir.
Pentaqonun qapalı hesabatında qeyd edilir ki, Snouden 1,7 milyon məxfi faylı oğurlayıb ki, onların da çoxu "ABŞ ordusunun, donanmasının, dəniz piyadalarının və hərbi-hava qüvvələrinin həyati vacib əməliyyatlarına" aiddir.
Snouden 1 avqust 2013-cü ildən indiyədək Rusiyada sığınacaq tapıb. Onun Rusiyada qalmaq icazəsi 2020-ci ilə qədər uzadılmışdı. Lakin daha sonra müddətsiz yaşama hüququ verilib. Onun dəqiq yaşayış yeri təhlükəsizlik məqsədilə gizli saxlanılır.
Zümrüd
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO




































