
Türkiyə ilə Krım məsələsinə mövqelərimiz fərqlidir, amma bu, münasibətlərin inkişafına əngəl deyil.
Publika.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya-Türkiyə münasibətləri bizim üçün də, Ankaradakı həmkarlarımız üçün də regional sabitlik və təhlükəsizlik üçün əhəmiyyətlidir”, - Peskov bildirib.
Münasibətlərin qarşılıqlı olaraq fayda təmin etdiyini vurğulayan Kreml rəsmisi bu əlaqələrin bir-birinə müdaxilə etməməyə və hörmətə əsaslandığını dilə gətirib: “Bununla birlikdə, münasibətlərimizdə fikir ayrılıqları da mövcuddur. Krım ciddi fikir ayrılığımız olan mövzudur. Bu məsələyə tamamilə zidd baxış bucağımız var”.
Zümrüd