Qırğızıstanda referendum baş tutdu - YENİLƏNDİ
Bizi izləyin

MDB

Qırğızıstanda referendum baş tutdu - YENİLƏNDİ

Qırğızıstanda keçirilən refendumda seçici aktivliyi saat 18:00 üçün (Bakı vaxtı ilə saat 16:00) 33,08 faiz təşkil edib.

Bunu Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurjan Şayldabekova mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, referendumda 1 178 656 vətəndaş səs verib.

Beləliklə, Qırğızıstanda keçirilən referendumu baş tutmuş saymaq olar. Qanuna əsasən, seçicilərin 30 faizindən çoxu səs verdiyi halda referendum baş tutmuş sayılır. (trend)

xxx

Yanvarın 10-da Qırğızıstanda növbədənkənar prezident seçkiləri və respublikada idarəçilik formasının müəyyənləşdirilməsi ilə bağlı referendum keçiriləcək.

Publika.az Qırğızıstan KİV-lərinə istinadla xəbər verir ki, ölkə prezidenti postu uğrunda 17 namizəd mübarizə aparacaq. Eyni zamanda, vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə seçim edəcəklər. Seçki günü respublikada 2470, o cümlədən xaricdə 48 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Əvvəlki dövlət başçısı Sooronbay Jeenbekov 2020-ci il oktyabrın 15-də, on günə yaxın davam edən etiraz aksiyaları və kütləvi iğtişaşlardan sonra istefa verib. Habelə Baş nazir və Kubatbek Boronov və parlamentin sədri Dastanbek Cumabekov da vəzifədən gediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm