"Rusiya ABŞ-la dialoqa hazırdır" - Lavrov Blinkenlə danışdı
Bizi izləyin

MDB

"Rusiya ABŞ-la dialoqa hazırdır" - Lavrov Blinkenlə danışdı

Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Lavrov həmkarını vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və geniş spektr üzrə konstruktiv dialoqa hazır olduqlarını bildirib.

Tərəflər, həmçinin Strateji Hücum Silahlarının Məhdudlaşdırılması müqaviləsinin müddətinin uzadılması qərarını alqışlayıb, daimi işçi təması saxlamaq barədə razılığa gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm