Ermənistana Rusiyanın dostu rəhbərlik edəcək - Peskov siqnalları verdi
Bizi izləyin

MDB

Ermənistana Rusiyanın dostu rəhbərlik edəcək - Peskov siqnalları verdi

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyanın böyük dostudur.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Köçəryanın Ermənistanın siyasi həyatında iştirak etmək istəyi ilə bağlı fəaliyyətini Moskva ilə əlaqələndirəcəyini düşünməyi absurd hesab edib: “Ermənistandakı siyasi proses iştirakçılarının qərarlarını Rusiya prezidenti ilə əlaqələndirməyə ehtiyacları yoxdur. Bu, sualın tamamilə absurd bir formulasıdır. Robert Köçəryanın özü, əlbəttə ki, Rusiyanın böyük dostudur.

Köçəryan ölkəsinin inkişafı üçün çox səy göstərmiş bir şəxsdir və ümumiyyətlə, məmnuniyyətlə bildiririk ki, erməni siyasətçilərinin böyük əksəriyyəti ölkəmizlə münasibətlərin daha da möhkəmləndirilməsinin tərəfdarıdır. Əsas məsələ budur bizim üçün”.

Bundan əvvəl R.Köçəryan Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etməyə və yenidən ölkədəki ən yüksək vəzifəyə - baş nazirliyə namizədliyini ieəli sürməyə hazır olduğunu bildirmişdi. O, Rusiya Federasiyası ilə əməkdaşlığı daha da inkişaf etdirib dərinləşdirməyin inandırıcı tərəfdarı olduğunu demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm