Rusiyada COVID-19-la bağlı vəziyyət çox pisdir - Peskov
Bizi izləyin

MDB

Rusiyada COVID-19-la bağlı vəziyyət çox pisdir - Peskov

"Rusiyada epidemiya ilə bağlı vəziyyət həqiqətən çox pisdir. Koronavirusa qarşı peyvənd və təkrar peyvənd vacibdir".

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, ölkə başçısı Vladimir Putinə ölkədəki epidemiya vəziyyətilə bağlı ardıcıl hesabat təqdim edilir.

Qeyd edək ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko da ölkənin 65 bölgəsində COVID-19-a yoluxma hallarının artdığını deyib:

"Əhalisi sıx olan böyük şəhərlərdə ciddi təhlükəsizlik tədbirləri görülməldidir. Ölkədə koronavirusun yeni növlərinə rast gəlinib və bunlar vəziyyəti pisləşdirir. Xəstəxanalarda COVID-19 xəstələri üçün yataq sayı artırılmalıdır".

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm