MDB
Rusiyada DƏHŞƏTLİ QƏZA: 2 azərbaycanlı öldü, yaralılar var - FOTO
Zərdab rayon sakinləri Rusiyada ağır yol qəzasında həlak olublar.
Publika.az "Report"a istinadla verir ki, hadisə bu ölkənin Saratov şəhərində qeydə alınıb. Həmin şəhərdə yaşayan, əslən Zərdab rayonundan olan qohumlar yol qəzasına düşüblər. Rayonun Qoruqbağı kəndindən olan iki əmioğlu – Anar və Elvin Qarayevlər yol qəzasında həlak olublar. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə zamanı avtomobildə əmioğlulardan başqa daha 2 nəfər də olub. Həmin şəxslərdən biri dünyasını dəyişib, digər sərnişin, ölən əmioğlulardan birinin qardaşı isə ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə yol kənarında dayanmış başqa avtomobil səbəb olub. Qəzada ağır yaralanan şəxsin bir neçə həftə əvvəl toyu olub. Qəzada ölənlərin ikisinin meyitləri Azərbaycan gətirilərək, Zərdabın Sarıqaya kənd qəbiristanlığında dəfn ediləcək.
-
Magazin122:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək












.jpg)






















