ABŞ
Misli görünməmiş cinayət: Milyonçu cütlük 21 uşağın başına hansı oyunları açıb?
ABŞ-da varlı ər-arvad 21 uşağa qarşı zorakılıq etməkdə ittiham olunaraq saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə "NY Post" nəşri yazır.
Kaliforniyada yaşayan 66 yaşlı Qotszyun Syuan və 39 yaşlı Silviya Çjan 21 uşağa qarşı qəddar rəftar etməkdə ittiham olunurlar. Milyonçu ər-arvad iki aylıqdan 13 yaşadək uşaqları malikanələrində əsir saxlayıblar. Gün ərzində uşaqlar evdə təhsil alıblar. Dərs zamanı döyülmək hədəsi altında onların yerlərindən qalxmasına icazə verilməyib. Syuanın işə götürdüyü dayələr himayələrində olan uşaqlara sistematik şəkildə fiziki zorakılıq tətbiq ediblər.
“Onlar evdən kənarda məktəbə getmirdilər. Uşaq meydançalarına çıxmırdılar. Bu evdə yaşayır, mətbəxdə, hamam otaqlarında, yataq otaqlarında və dəhlizdə baş verən zorakılığın şahidi olurdular”, — deyə Los-Anceles dairəsinin prokuroru Neytan Xoxman bildirib. O, bu işi misli görünməmiş hadisə adlandırıb.
Həmçinin bildirilir ki, evdə 30-dan çox müşahidə kamerası quraşdırılıb. Videoyazılardan birində Syuanın dayədən uşağı mümkün qədər bərk döyməyi, lakin bədənində iz qoymamağı tələb etdiyi, daha sonra isə özü də döyməyə qoşulduğu qeydə alınıb. Gecələr kişi fənərlə uşaqların çarpayılarını yoxlayıb, yatmayanları döyüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə kremasiya edilmiş uşağın qalıqlarını da aşkar ediblər.
Prokurorluq Syuanı cinayət törətmək məqsədilə əlbir olmaqda və uşaqlarla qəddar rəftar etməkdə ittiham edib. Çjan isə ərinə kömək etməkdə ittiham olunur. Həmçinin qeyd edilir ki, azadlığa buraxıldıqdan sonra uşaqlar hətta parka çıxmağa belə qorxublar. Hazırda onlar müvafiq dövlət qurumunun himayəsindədirlər.
Hüseyn İbadlı
-
Magazin122:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək




































