Putindən KRİTİK AÇIQLAMA: "Lazım olan dərsləri aldıq"
Bizi izləyin

MDB

Putindən KRİTİK AÇIQLAMA: "Lazım olan dərsləri aldıq"

"Moskva Sovet İttifaqının Əfqanıstandakı təcrübəsindən lazım olan dərsləri alıb"

Publika.az TASS-a istinadla xəbər verir ki, bu bunu Rusiya Prezidenti Vladimir Putin "Vahid Rusiya" konqresinin ikinci mərhələsində çıxış edərkən deyib.

O qeyd edib ki, Əfqanıstanda münaqişə bir neçə onilliklər ərzində davam edir:

"SSRİ-nin bu ölkədə olmaq təcrübəsi var. Lazım olan dərsləri aldıq".

Rusiya Prezidenti vurğulayıb ki, Rusiya Əfqanıstandakı vəziyyəti yaxından izləyir, lakin silahlı qüvvələrini bu ölkədə "hamının hamıya qarşı qarşıdurmasına" cəlb etməyəcək.

"Bilirsiniz ki, bu gün Əfqanıstanda nə qədər çətin və həyəcanverici vəziyyət yaranıb. Biz bu vəziyyəti yaxından izləyirik. KTMT-dəki müttəfiqlərimizlə fəal şəkildə əlaqə saxlayırıq", - Putin əlavə edib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm