MDB
Qırğızıstan parlamentinə seçkilər başa çatdı - YENİLƏNDİ
Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər başa çatıb. Yerli vaxtla saat 20:00-da 2435 seçki məntəqəsinin hamısı bağlanıb.
Publika.az “Kabar” informasiya agentliyinə istinadla xəbər verir ki, ötənilki seçkilərə müqayisədə, bu il səsvermədə 1,5 dəfə az seçici iştirak edib. Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-dək seçki məntəqələrinə 30 faizdən az seçici gəlib. MSK sədrinin müavini Tınçtıka Şaynazarovun fikrincə, seçici fəallığının aşağı olması bu il seçici səslərinin rüşvətlə alınmaması, insanların kütləvi daşınmaması və digər qanun pozuntularına yol verilməməsi ilə bağlıdır.
Ölkənin yeni qanunvericiliyə əsasən, seçkilərdə iştirak həddi yoxdur. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır.
Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.
xxx
07:48
Qırğızıstanda yerli vaxtla saat 08:00-da parlament seçkiləri başlayıb.
Publika.az xəbər verir ki, 2021-ci il aprelin 11-də keçirilən referendumda qəbul edilən Qırğızıstan Respublikasının Konstitusiyasına əsasən, parlament 90 deputatdan ibarət olacaq və qarışıq seçki sistemi ilə 5 il müddətinə seçilir. Belə ki, 54 deputat proporsional sistem üzrə (siyasi partiyaların namizədlərinin açıq siyahıları üzrə) vahid seçki dairəsi üzrə, 36 deputat isə birmandatlı seçki dairələri üzrə majoritar sistem üzrə seçilir.
Ümumilikdə 2494 seçki məntəqəsi açılıb ki, onlardan 59-u xaricdə fəaliyyət göstərir.
Vahid Seçki Dairəsi üzrə yekun seçici siyahısına 3 703 420 seçici daxildir ki, onlardan 84 min 128 seçici xaricdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahılarına daxil edilib. Birmandatlı seçki dairələri üzrə seçicilərin sayı 3 619 292 nəfər (xaricdə qeydiyyatda olan seçicilər istisna olmaqla) təşkil edir.
Ümumilikdə seçkilərdə 21 partiya və 287 birmandatlı namizəd iştirak edir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


