MDB
Rusiya ordusunun döyüş imkanları: Şoyqu Putinə məruzə etdi
Rusiya silahlı qüvvələri il ərzindəki bütün tapşırıqları yerinə yetiriblər, onların döyüş qabiliyyəti 12,8% artıb.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki,bBu barədə Rusiya müdafiə naziri Şergey Şoyqu nazirliyin kollegiyasının genişləndirilmiş iclasında bildirib.
"2021-ci il üçün müəyyən edilmiş bütün vəzifələr silahlı qüvvələr tərəfindən yerinə yetirilib. Onların döyüş imkanları 12,8% artıb. Ölkənin müəyyən olunmuş müdafiə qabiliyyətinin qorunması səviyyəsi təmin edilib", - Şoyqu deyib.
Şoyqu qeyd edib ki, bütün bağlanmış müqavilələrin həyata keçirilməsi beş mindən çox əsas silah nümunələrinin tədarükünü təmin edib. Döyüş texnikasının işləklik səviyyəsi 95% həddində olub.
"2021-ci ildə istifadəçilərə ötürülmüş kapital sərmayələrinin ümumi həcmi 155 milyard rubldan çox olub və bununla da başa çatdırılmamış tikintinin həcmi kifayət qədər azaldılıb", - nazir bildirib.
Bu gün həmçinin Rusiya prezidenti Vladimir Putin RF Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası çərçivəsində yeni yerli hərbi texnika və hərbi bölmələrin idarə olunması vasitələrinin nümunələrini nəzərdən keçirib.
Sərgi Moskvadakı Milli Müdafiənin idarə olunması mərkəzində təşkil olunub. Rusiya dövlətinin başçısına ekspozisiyanı müdafiə naziri Sergey Şoyqu nümayiş etdirib.
Prezident kəşfiyyat bölüyünün (taqımının) komandirinin taktiki terminalına, həmçinin ən yeni desant paraşüt sistemlərinə baxıb.
"Bu sonuncu indi bizim qoşunlarımızın ixtiyarındadır... Böyük məsafəyə desant çıxarır", - Şoyqu izah edib.
Putinə həmçinin desant qrupları üçün LSTS-1943 yüngül xüsusi nəqliyyat vasitəsini göstəriblər. Vasitə həm hərbi-dəniz qüvələri, həm də dəniz piyadaları üçün nəzərdə tutulub. Vasitələr bu il "Qərb-2021" Rusiya-Belarus strateji təlimləri zamanı sınaqdan çıxarılıb.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

