MDB
Belarus bu ölkə vətəndaşları üçün viza rejimini LƏĞV ETDİ

Belarus iyulun 1-dən Polşa vətəndaşları üçün vizasız rejim tətbiq edir.
Publika.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinə isti məlumat yayıb.
"Dövlət başçısı mehriban qonşuluq münasibətlərinin qorunması məqsədilə Polşa vətəndaşları üçün müvəqqəti vizasız ölkəyə giriş prosedurunun tətbiqi barədə qərar qəbul edib. Yenilik iyulun 1-i saat 00:00-dan dekabrın 31-i daxil olmaqla, qüvvədə olacaq", - məlumatda deyilir.
Polyaklar Belarus-Polşa bölməsindəki keçid məntəqələrində sərhədi vizasız keçə biləcəklər. Həmçinin Polşa vətəndaşları sərhəd zonasına keçidsiz gedə biləcəklər. Belarusiyaya daxil olarkən sərhədçiyə yaşayış məntəqələrini və səfərlərinin məqsədini göstərməklə sərhəd zonasına getmək niyyəti barədə şifahi məlumat vermək kifayətdir.
Qeyd olunur ki, Belarusa vizasız giriş zamanı xaricə səyahət üçün etibarlı sənəd, yaşıl kart (avtomobillə səyahət edərkən) təqdim etməli və tibbi sığortaya sahib olmalısınız.
Xatırladaq ki, Polşa Belarusla sərhəddə divarın tikintisini başa çatdırıb . Bu, miqrantların ölkəyə qanunsuz daxil olmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdu.
Polşa prezidenti Andjey Duda hesab edir ki, Belarusiya çətin ki, rəsmi olaraq Ukraynaya qarşı müharibəyə girsin.
Hüseyn İbadlı

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ