Lukaşenko səfərbərliyə cavabdeh olan generalı vəzifəsindən AZAD ETDİ
Bizi izləyin

MDB

Lukaşenko səfərbərliyə cavabdeh olan generalı vəzifəsindən AZAD ETDİ

Belarus lideri Aleksandr Lukaşenko səfərbərliyə rəhbərlik edən generalı işdən çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə Prezidennt Administrasiyasının saytı məlumat yayıb.

Bildirilir ki, o, Aleksandr Şkirenkonun baş təşkilat və səfərbərlik idarəsinin rəisi - Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. O, müdafiə nazirinin sərəncamına verilib.

Xatırladaq ki, Lukaşenko bir qədər əvvəl demişdi ki, Belarus ordusu Ukraynada döyüşmək niyyətində deyil.

Belarusların müharibəyə cəlb olunmasından danışarkən o, Belarus və Rusiya birliyində silahlı qüvvələrin vahid qruplaşmasının yaradıldığını xatırladıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm