MDB
Öncə Pelosi, indi Lavrov: Rusiya təyyarəsi Asiyaya doğru uçur
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri fonunda xarici işlər naziri Sergey Lavrovun Asiyaya uçmaq niyyətində olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
Zaxarova vurğulayıb ki, Lavrovun səfərinin məqsədi təxribat deyil, əməkdaşlıq qurmaq istəyidir:
“Lavrovun olduğu təyyarə Asiyaya doğru yola düşür. Myanmaya səfər və Kambocada Rusiya-ASEAN tədbirlərində iştirak. Orada indi istidir. Bütün mənalarda. Lavrovun bəxti Pelosi kimi təxribatda deyil, əməkdaşlıqdadır”.
Xatırladaq ki, bu gün göyərtəsində Nensi Pelosinin olduğu təyyarə Tayvanın hava limanına enib. Bu, Çində güclü narazılığa səbəb oldu. Pekin hesab edir ki, ABŞ bununla respublikanın suverenliyini pozur. Cümə axşamından bazar gününə kimi Tayvan ətrafındakı dənizin altı bölgəsində hərbi təlimlər keçiriləcək.
Tayvan hakimiyyəti Çinlə gərginliyin artması fonunda ölkənin ən böyük şəhərlərində bomba sığınacaqları hazırlamağa başlayıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi









































